|
|
Səməd Vurğun
86, Bakı ş. Azərbaycan Resp. |
||
|
Hörmətli iş adamları! Market Manager |
||
|
Proqramın tətbiq sahələri: Proqramın funksional
imkanları: Təhlükəsizlik
imkanları: Proqramın praktik üstünlükləri: |
Market Manager
proqram paketi idarənin işini- alış, satış,
xidmət və istehsalın idarə edilməsini,
təchizat, bank hesabı əməliyyatlarını,
kadrların uçotunu- mahiyyətcə yeni, kağızsız
texnologiyanın tətbiqi ilə qurulmasına, ən
murəkkəb situasiyada belə mənfəətə
nəzarətin həyata keçirilməsinə və
səmərəliyin ən qısa zamanda
qiymətləndirilməsinə şərait yaradır.
Market Manager`in konkret iş yerinə uyğunlaşdırıla
bilməsi və sistemin bir şəbəkə olaraq çalışması
üçün bütün yardımçı vasitələrə (informasiyanın
qorunması və təhlükəsizlik sistemləri) sahib
olması onunla kompüter şəbəkəsində mükəmməl
bir idarəetmə sistemi yaratmağa imkan verir.
Məsələn:
Şəbəkədə
olan müxtəlif kompüterlərdə müxtəlif konfiqurasiyanın
seçilməsi; Şəbəkədə olan kompüterlərin
səlahiyyət dərəcələrinin təyin olunması
və bunun parol sistemi ilə mühafizəsi; Proqram istifadəçiyə artıq həyata keçirmiş olduğu əməliyyatlara tam nəzarət etmək, onları qruplaşdırmaq və toplanmış informasiyanı analiz etmək və nəticədə müəssisənin fəaliyyətinin müxtəlif dövrlərdə səmərəliliyini və mənfəətini asanlıqla qiymətləndirmək imkanını verir. Market Manager ticarət və xidmətin (o cumlədən də abunə tipli xidmətin) idarəedilməsi ilə yanaşı istifadəçiyə istehsalın bu günə qədər görünməmiş dərəcədə asanlıqla idarə edilməsini həyata keçirməyə imkanlar yaradır. Proqramın tətbiqinin səmərəliliyinin artırılmasını, təhlükəsizliyinin və etibarliğının təminatı üçün o, effektiv parol-muhafizə sistemi, veri dabanının avtomatik olaraq kopyalanması üçün bəkap sistemi və kənardan veri dabanından informasiya almaq üçün açıq SQL sorğu sistemi ilə təmin olunmuşdur. Bu sistem istifadəçiyə (təbii, ona verilmiş səlahiyyətlər daxilində) istənilən hesabatın alınması üçün asanlıqla SQL sorğularını yaratmaq və onları düymələrlə əlaqələndirmək imkanı verir. Proqramın bütün vasitələrinin ümumi anbar, kassa və bank hesabında birləşməsi istənilən biznesdə nəzarətin tam avtomatlaşdırılmasına, tam mərkəzləşdirilmiş bir idarəetmə siteminin reallaşdırılmasına gətirib çıxarır. |
||
Market Manager™ proqramı Azərbaycan Respublikası Muəllif Hüquqları Agentliyində 05/R-15 olan 68 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmişdir. Bu proqramın Kompüter Texnologiyaları® Şirkətinin lisenziyası olmadan istifadə olunması, çoxaldılması və satılması “Muəllif hüququ və Əlaqəli Hüquqlar Haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağandır.